AZ

Putindən sonra: Ukrayna öz şərtlərini açıqlayıb

Ukrayna öz şərtləri əsasında Rusiya ilə danışıqlar aparmağa hazırdır. Bunu Ali Radanın sədri Ruslan Stefançuk bəyan edib.
"Mənim mövqeyim dəyişməyib. Bu müharibədə təcavüzkar Rusiya Federasiyası başlayıb, qurban isə Ukraynadır. Məhz Ukraynanın bu təcavüzün qurbanı olaraq şərtləri bizim sülhə nail olmaq üçün hazır olduğumuz şərtlər olmalıdır,” -  Stefançuk bildirib.

O, bu fikri Rusiya prezidenti Vladimir Putinin bu gün səsləndirdiyi bəyanatına cavab olaraq bildirib.
 
Putin bəyan edib ki, Rusiya danışıqlar üçün heç bir şərt irəli sürmür, lakin danışıqlar müharibənin ilk həftələrində İstanbulda hazırlanan müqavilə layihələri əsasında aparılmalıdır.

Putin həmçinin qeyd edib ki, müqavilə yalnız legitim hakimiyyətlə imzalana bilər və o, Ukrayna prezidenti Vladimir Zelenskini legitim hesab etmir.
 
Onun sözlərinə görə,  Rusiya Zelenski ilə yalnız onun seçkilərə qatılıb legitimlik qazanacağı təqdirdə bir masa arxasında oturacaq. 
 
N.Təbrizli

www.anews.az
Seçilən
7
anews.az

1Mənbələr