Dövlət Məşğulluq Agentliyinin rəsmi Instagram hesabı “NETTY 2024” Milli İnternet Mükafatının qalibi olub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin rəsmi Instagram hesabı “NETTY 2024” Milli İnternet Mükafatı müsabiqəsinin qalibi olub.
Agentliyin rəsmi hesabı müsabiqənin “Dövlət və elektron hökümət” nominasiyasında sosial kanallar və səhifələr üzrə qalib seçilib.
49 mindən çox izləyicisi olan səhifədə məşğulluq xidmətləri, bu sahədə yeniliklər və görülən işlər barədə maarifləndirmə aparılır, habelə vətəndaşların müraciətləri cavablandırılır.
Azərbaycanın İnternet Mükafatı olan NETTY 2004-cü ildə təsis olunub. NETTY hər il informasiya texnologiyaları sahəsində ölkəmizin əhəmiyyətli internet resurslarını, tətbiqlərini, sosial platforma resurslarını, aktual İT layihələri və aparıcı fiqurları müəyyən edir və mükafatlandırır.