Goranboyda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Leqal.info xəbər verir ki, hadisə Bakı-Qazax magistralında baş verib.
Hərəkətdə olan "Kia" markalı minik maşını yoldan çıxaraq aşıb.
Qəza zamanı 2 nəfər - Zəfər Cəfərov və Ceyhun Axundov hadisə yerində ölüb.
Qəzada həlak olan Ceyhun Axundovun polis mayoru, Baş Dövlət Yol Polisi İdarəsinin müstəntiqi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Leqal.info
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta