“BMW”nin rəsmi "YouTube" kanalından yayımladığı yeni videoda, elektrikli hala gətirilmiş bir “M2” modelini görürük.
Şirkət daxilində "The Beast" olaraq bilinən bu layihə, 2018-ci ildən bəri kiçik bir qrup tərəfindən inkişaf etdirilir. Komanda lideri Michael Sailer-in dediyinə görə, komandanın əsas məqsədi "nələr edə biləcəklərini görmək" üzərində qurulub.
Xaricdən baxıldığında çox da fərqli görünməyən modelin içinə göz atdığınızda fərqləri görə bilirsiniz. Məsələn, modelin içi tamamilə çıxarılaraq çevrilmə qəfəsi əlavə edilib. Yarış oturacağının yanı sıra içərisində çoxlu sınaq avadanlıqları da var.
Təəssüf ki, “BMW”nin bu modelinin texniki məlumatlarını paylaşılmayıb. Videodan anladığımız qədərilə, modelin sıralı 6 silindrli mühərriki bir və ya bir neçə elektromotor ilə əvəz edilmişdir. “BMW”nin elektrikli M modellərində adətən 4 mühərriklidir.“M2” modeli də 4 mühərrikli quruluşa malik ola biləcəyi təxminlər arasındadır.
Mühəndislərin ifadələrinə görə, “M2” prototipini idarə etmək də olduqca çətindir. Hətta M bölümünün başında duran Frank Van Meel, onu “F10” nəsli “M5”ə bənzədir.