AZ

Vəhşi heyvan, quş növlərinin siyahısında dəyişikliklə bağlı qanun layihəsi hökumətə təqdim olunub

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Vəhşi heyvan və quş növlərinin siyahısında dəyişiklik və cərimələrin artırılması istiqamətində hazırlanan yeni qanun layihəsi hökumətə təqdim olunub".
Oxu.Az xəbər verir ki, bu sözləri Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Babayeva "Ekspert saatı"nda deyib.
O bildirib ki, "Qırmızı kitab"a əsasən Nazirlər Kabinetinin 176 saylı qərarı da ona müvafiq yenilənməlidir:
"Qırmızı kitab" ölkə qanunvericiliyinə əsasən 10 ildən bir yenilənir. Nazirlər Kabinetinin 176 saylı qərarı da ona müvafiq yenilənməlidir. Sonuncu "Qırmızı kitab" işıq üzü görəndən sonra növlərin siyahısına dəyişiklik, həmçinin cərimələrin artırılması ilə bağlı yeni layihə işləmişik. Qanunvericiliyə dəyişiklik edilməsi ilə əlaqədar prosedur qaydalarına əsasən layihə bütün dövlət qurumları ilə razılaşdıqdan sonra hökumətə təqdim olunur. Tərəfimizdən hazırlanan layihə artıq dövlət qurumları ilə razılaşdırılıb və hökumətə təqdim olunub. Layihənin qısa müddətdə təsdiqlənməsi gözlənilir".
Aygün Mirakif
Seçilən
5
1
oxu.az

2Mənbələr