AZ

İsrail Şama doğru irəliləyir- Ankara və Təl-Əviv döyüşə bilər...

Image

Sədrəddin Soltan: "Fikrimcə, gələcəkdə İsrail həmin torpaqlardan ordusunu çıxaracaq"

İsrail 57 il əvvəl işğal etdiyi Suriya ərazisini – Colan təpələrini tamamilə ələ keçirməyə çalışır. Ancaq İsrailin Colan təpələrində yaşayış məskənlərinin genişləndirilməsi ilə bağlı rəsmi qərarı Yaxın Şərqin digər ölkələrinin sərt tənqidi ilə qarşılanıb.

İsrailin qonşuları qorxur ki, baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi hökumət Suriyada hakimiyyətin süqutundan istifadə edərək öz ərazisini genişləndirmək niyyəti ilə onlara da təhdid yaratsın.

İsrail iddia edir ki, Suriyanın yeni iqtidarı ilə münaqişəyə girmək niyyətində deyil. Amma yerli nəşrlərin yazdığına görə, İsrail ordusu daha geniş sərhəd ərazisini zəbt etmək variantını nəzərdən keçirir. Belə olduğu halda münaqişə yaranmayacaqmı? Yoxsa Suriyanın yeni hökuməti öz ərazisinin ilhaq olunması ilə razılaşacaq?

İsrail Colan təpələrindən aşaraq Şama doğru irəliləyir, hətta İsrail tanklarının Suriyanın ən cənub nöqtəsindəki Dəraa şəhərinə girdikləri deyilir. İstail nə etmək istəyir, planı nədir?

Baki-xeber.com saytına açıqlamasında politoloq Sədrəddin Soltan bildirdi ki, Colan təpələri 1944-1967-ci illər ərzində Suriyanın ərazisi sayılib: "1967-ci ildə ərəb-İsrail müharibəsindən sonra bu torpaqlar İsrailin nəzarəti altına keçib və oradakı Suriya vətəndaşları ərazidən çıxarılıb. Ötən illər ərzində İsrail bu torpaqları özününkü elan edib və ABŞ 2019-cu ildə rəsmi Təl-Əvivin ilhaq etdiyi Colan təpələrini yəhudi torpaqları kimi tanıyıb.

İsrail bu ərazini əvvəl bufer zona kimi saxlayib. İndi isə vəziyyət dəyişib - hakimiyyətə gələn yeni qüvvələr İsrailə qarşı çıxmadıqlatını deyir. Bununla belə, İsrail Suriyada gözlənilməz hadisələrin bas verə biləcəyini istisna etmir. Bu baxımdan Colan yüksəkliklərinin, yəni öz ərazisinin təhlükəsizliyini təmin etmək məqsədilə bu ərazilər üçün bufer zona yaratmaq istəyir. Bufer zonanın isə ərazisi bir qədər geniş olur. Bir sıra ərazilər var ki, orada yeni hakimiyyət yerli idarəetmə orqanları təyin etməyib. Ona görə də hesab edirəm ki, İsrail tutduğu Colan yüksəkliklərindən əlavə əraziləri Suriyada nəzarətə göturməyəcək. Ola bilsin ki, İsrail ordusu bufer adlandırılan ərazilərə girsin. Suriyada hakimiyyət sabitləşdikdən sonra isə İsrail qoşunlari həmin torpaqlardan çıxacaq. Çünki İsrail dövləti əvvəllər də oxşar addımlar atıb. Məsələn, Livanda İsrail belə addımlar atıb - o əvvəl Beyrutda qoşun saxlayırdı. Danışıqlarda razılaşmadan sonra isə İsrail ordusu Beyrutdan çıxdı.

Fikrimcə, gələcəkdə İsrail həmin torpaqlardan ordusunu çıxaracaq".

Dəniz NƏSİRLİ





Seçilən
16
1
baki-xeber.com

2Mənbələr