AZ

Ağır zədə alan Donnurammanın son halı - Şəkil

style='margin-bottom:10px;'>

PSJ-nin qapıçısı Canluici Donnarumma aldığı ağır zədə ilə bağlı paylaşım edib. 

QOL.az 25 yaşlı qapıçının sosial şəbəkələrinə istinadən xəbər verir ki, o, öz durumunu paylaşıb. Şəklin altında isə futbolçu "Hər şey yaxşıdır" deyə bildirib. 

Xatırladaq ki, Canluici Donnarumma Fransa Liqa 1-in 16-cı turunun "Monako" ilə oyununda (4:2) sıradan çıxıb. 25 yaşlı qolkiper sözügedən matçda rəqib futbolçu Vilfrid Sinqo ilə toqquşub. Sinqonun butsları Donnarummanın üzünə ciddi xəsarət yetirib. Qapıçı oyuna davam edə bilməyib və 22-ci dəqiqədə onun əvəzinə meydana Matvey Safonov daxil olub.

Seçilən
1
3
teleqraf.com

4Mənbələr