Goranboyda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralında qeydə alınıb.
Hərəkətdə olan “Kia” markalı minik maşını yoldan çıxaraq aşıb.
Qəza zamanı 2 nəfər – Zəfər Cəfərov və Ceyhun Axundov hadisə yerində ölüb.
Qəzada həlak olan Ceyhun Axundovun polis mayoru, Baş Dövlət Yol Polisi İdarəsinin müstəntiqi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.