AZ

SOCAR və “MVM Group” nəzərdə tutulan layihələrlə bağlı fikir mübadiləsi aparıb

SOCAR-ın prezidenti Rövşən Nəcəf Macarıstanın “MVM Group” şirkətinin baş icraçı direktoru Karoly Matrai ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə SOCAR ilə “MVM Group” şirkəti arasında uğurlu əməkdaşlıqdan məmnunluq ifadə olunub.

“MVM Group”un cari ilin üçüncü rübündə dünyanın ən iri təbii qaz-kondensat yataqlarından olan “Şahdəniz” yatağı üzrə Hasilatın Pay Bölgüsü Sazişinə qoşulması, bununla da Azərbaycanın neft-qaz bazarına yeni enerji iştirakçısı kimi daxil olması xüsusi vurğulanıb. Tərəflər əməkdaşlıq imkanlarına, bərpaolunan enerji ilə bağlı mövzulara, perspektivdə nəzərdə tutulan layihələrə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparıblar.

Seçilən
0
3
xalqqazeti.az

4Mənbələr