Sınaq müddəti müəyyən edilmiş şəxslər gömrük orqanlarında müvafiq vəzifəyə xüsusi rütbə verilmədən təyin olunacaq və onlar həmin müddət ərzində yalnız vəzifə maaşı alacaqlar.
Avtosfer.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı Gömrük orqanlarında xidmət haqqında Əsasnaməyə dəyişiklikdə əksini tapıb.
Qanuna əsasən, gömrük orqanlarında xidmətə qəbul zamanı rəhbər vəzifələrə təyin olunanlara və elmi dərəcəsi olan şəxslərə sınaq müddəti müəyyən edilmir. Dəyişikliyə əsasən, həmin şəxslər müvafiq vəzifəyə təyin olunmaqla, gömrük orqanlarında daimi qulluğa qəbul ediləcəklər.