Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “RossiyaSeqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru,“Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramınınmüəllifi və aparıcısı Dmitri Kiselyova müsahibəsi mühüm mesajlar vəçağırışlarla zəngin oldu. Bir sıra mövzulara toxunulan müsahibədədövlət başçısı konkret, ardıcıl və vacib cavablar səsləndirdi.
Regiondakı vəziyyətə və Azərbaycanla Rusiya arasındamünasibətlərə toxunan Prezident İlham Əliyev qeyd edib ki,regionumuzda və bütövlükdə dünyada vəziyyət əhəmiyyətli dərəcədədəyişib, lakin bu, Rusiya ilə Azərbaycan arasında əməkdaşlığınxarakterinə və formasına təsir etməyib. Məhz dövlətimizinbaşçısının uzaqgörən siyasəti nəticəsində bu gün Rusiya vəAzərbaycan iki etibarlı tərəfdaşdır. Bizim ölkələr yalnız siyasimüstəvidə deyil, bütün sahələrdə effektiv tərəfdaşlıq edirlər. Burahəm siyasi, həm iqtisadi sahə, həm də mədəniyyət sahələri daxildir.Qeyd etmək olar ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycan vəRusiya arasında ticarət dövriyəsi 3 milyard 942 milyon 426 min ABŞdolları təşkil edib, bu isə ötən ilin eyni dövrü ilə müqayisədə14,5 faiz daha çoxdur.
Rusiya ilə NATO arasında mümkün ola biləcək münaqişə barədədanışan dövlət başçısı işlərin NATO ilə Rusiya arasında açıq-aşkarqarşıdurmaya gətirib çıxarmayacağına ümidvar olduğunu bildirib.Bildiyimiz kimi, Rusiya ilə NATO ölkələri arasında birbaşaqarşıdurma yaranarsa, bu növbəti dünya müharibəsi demək olar. Beləbir ssenari nə Rusiya üçün, nə də NATO ölkələri üçün müsbət olar.Bundan əlavə, üçüncü ölkələr də, şübhəsiz ki, bundan zərər görəcək.Zərər görməkdən əlavə, hər bir ölkə üçün bu müharibə müəyyəntəhlükə mənbəyi ola bilər.
Müsahibədə, həmçinin, Türkiyənin Azərbaycan ərazisində hərbibazasının qurulmasının mümkünlüyünə də toxunuldu. Prezident İlhamƏliyev buna heç bir əsasın olmadığını diqqətə çatdırdı. İki ölkəarasında müttəfiqlik haqqında bəyannamə zatən hərbi yardımı nəzərdətutur. Bu isə hərbi bazanın açılmasını gərəksiz addıma çevirir.
Müsahibədə Azərbaycan və Ermənistan arasında sülh sazişininbağlanmasının qarşısını alan məqamlara da toxunub. AzərbaycanlaErmənistan sülh sazişi üzrə böyük irəliləyiş əldə edib. Bu sənədin17 maddəsinin 15-i razılaşdırılıb. Prezident İlham Əliyevrazılaşdırılmayan həmin 2 maddəni də açıqladı.
Bu maddələrdən biri bir-birinə qarşı beynəlxalq iddialardankənarda durmaqdır. Digər maddə isə başqa ölkələrin nümayəndələrinibizim sərhədimizdə yerləşdirməməklə bağlıdır.
Hər iki maddə çox əhəmiyyətlidir və vacib məqamları əhatə edir.Belə ki, Azərbaycan bu yaxınlarda vurulmuş zərərin təhlilini başaçatdırıb. Bu, dövlət başçısının da qeyd etdiyi kimi, təqribən 150milyard dollardan çoxdur, yəni, işğal illərində vurulan zərərdir.Ona görə də qarşılıqlı iddiaları kənara qoymaq hər iki tərəf üçünuyğun olar. İkinci maddə ilə bağlı isə məsələ çox aydındır. Dahaöncə Avropa İttifaqının müşahidəçilərinin iki ay müddətində məhdudkontingent ilə Ermənistan ərazisində bizimlə sərhəddəyerləşdirilməsi məsələsində razılaşmışdıq. Lakin daha sonra bizimrazılığımız alınmadan kontingentin sayı və qalma müddəti artırıldı.Bununla da yetinməyib, Aİ müşahidəçilərinə Kanada nümayəndələri dəqoşuldu, bunu artıq Aİ yox, NATO müşahidəçiləri etdi.
Yəni, aydın səbəblərdən bu iki maddə Azərbaycan üçün önəmlidirvə sülh sazişinin bağlanması üçün onların razılaşdırılmasışərtdir.
Dövlət başçısı Gürcüstandakı proseslərə də toxunaraq, oradavəziyyətin artıq sabitləşdiyini diqqətə çatdırıb. GürcüstanınAzərbaycan üçün çox mühüm tərəfdaş olduğunu vurğulayan dövlətbaşçısı, Gürcüstanda sabitliyin pozulmasının və ya sabitliyinpozulması təhlükəsinin Gürcüstan üçün olduğu kimi, Azərbaycan üçündə zərərli olduğunu qeyd edib.
Gürcüstanda baş verə biləcək mənfi ssenarilər, təbii ki,Azərbaycana da mənfi təsir göstərə bilər. Bu da səbəblərdən biridirki, bizim ölkə oradakı prosesləri diqqətlə izləyir. Dövlətbaşçısının da vurğuladığı kimi, Gürcüstan Qafqaz uğrunda döyüşlərdəmühüm amildir.
Fransanın regiondakı işlərə müdaxiləsi, uğursuz siyasəti vəMakron rejiminin hakimiyyətdə qalmaq üçün hər yoldan istifadəetməsinə də toxunan Prezident İlham Əliyev regionda sülhün təminolunmasına maneələr törədən faktorları qeyd edib, FransanınErmənistanı silahlandırmasını xüsusilə vurğulayıb. Belə ki, Makronhökumətinin Ermənistana tədarük etdiyi silahlar, onların iddiaetdikləri kimi, sırf müdafiə xarakteri daşımır, həm də hücumməqsədli, yüksək dəqiqlikli öldürücü silahlardır. Bu, Azərbaycanüçün birbaşa təhlükə yaradır. Azərbaycan tərəfi bununla bağlınarahatlığını yalnız Fransa hökumətinə deyil, həm də ABŞadministrasiyasına dəfələrlə çatdırıb.
ABŞ-nin bizim regionda balanslı yanaşmadan imtina edərək,Ermənistana birtərəfli dəstək verməsi, qətiyyən regiondatəhlükəsizliyə və sabitliyə xidmət etmir, əksinə, sülh imkanınaxələl gətirir. Dövlət başçısının da qeyd etdiyi kimi, Ermənistanlasərhədimizin uzunluğu min kilometrdən çoxdur, bir çox yaşayışməntəqələri sərhədə yaxın yerləşir və bu yaşayış məntəqələrininəksəriyyətinə keçmiş köçkünlər qayıdırlar. Bu isə o deməkdir ki,Azərbaycan bu prosesi yalnız kənardan müşahidə etməklə kifayətlənəbilməz.
Buna cavab olaraq Azərbaycan tərəfi də hərbi büdcəsini artırırvə gələn il bu büdcə rekord səviyyəyə çataraq, təxminən 5 milyarddollar olacaq.
Azərbaycan hər zaman regionda sülhün tərəfdarı olub, lakinErmənistanın belə sürətlə silahlanması bizi də hərbi büdcəmiziartırmağa, daha sürətli silahlanmağa vadar edir. Prezident İlhamƏliyevin də qeyd etdiyi kimi, Ermənistan silahların əksəriyyətiniQərbdən pulsuz və ya kreditlə almasına baxmayaraq, Azərbaycanlasilah yarışında tab gətirməyəcək.
Təbii ki, Fransanın Ermənistanı dəstəkləməsi, onlarısilahlandırması bu ölkənin şəxsi məqsədləri üçündür. Makron rejimiCənubi Qafqazda söz sahibi olmağa can atır və bunu regionda sülhədəstək verməklə yox, yeni münaqişə yaratmağa çalışaraq edir. YəniParisin bölgəyə təsirini gücləndirmək cəhdləri çox vaxt mövcudmünaqişələrin həllinə deyil, bunları qızışdırmağa yönəlib.
Bu yanaşma isə regional sabitliyə, uzunmüddətli sülhün təminedilməsinə xidmət etmir və etməyəcək də.
Azər Qarayev,
Politoloq