“Həyat Təhrir əş-Şam” (HTŞ) “Əl-Qaidə” ilə əlaqələri kəsib.
İnterpress.az xəbər verir ki, “Həyat Təhrir əş-Şam” (HTŞ) lideri əl-Culani “Əl-Qaidə” ilə əlaqələri kəsdiyini açıqlayıb.
O, hazırda “Suriyanın ən yüksək maraqlarına əsaslanaraq” hərəkət etdiyini deyib və əlavə edib ki, onun və ya təşkilatının heç bir xarici təşkilat və ya tərəflə əlaqəsi yoxdur.
Xuraman Etibarlı
İnterpress.az