AZ

“Sərxan mənim dostumdur, amma bəzi məsələlər məni narahat edir” - Tolik

Tolik ləqəbli aparıcı Tarix Əliyev maraqlı açıqlamalar verərək dostu Sərxan Kərəmoğluyla aralarında baş verənlərə aydınlıq gətirib. O, öz sözləri ilə həm keçmiş məsələlərə toxunub, həm də dostuna mesaj verib.

"Sərxan mənim dostumdur, amma bəzi məsələlər məni narahat edir. Dünən danışıb. Verilişlərdə mənim adım çəkilib, halbuki mənim o məsələlərlə heç bir əlaqəm yoxdur. Mənim üstümdə qurulan söhbətlərin dəqiq olmadığını bilirəm. Mən 24 ildir ki, tədbirlər təşkil edirəm və bu sahədə özümə məxsus bir yol tutmuşam."


Tolik, Sərxanla bağlı bəzi köhnə hadisələrə də toxunub:

"Natəvan Həbibi ilə olan məsələmiz 14 il əvvəl baş verib. O zaman Sərxan müğənni deyildi, Moskvada teatr sahəsində çalışırdı. Ancaq bu köhnə məsələlər üzərindən mənim adımın hallandırılması mənə xoş deyil."


O, Sərxanın münasibətinə və bəzi çıxışlarına iradını bildirib:

"Sərxan, mən bir insanın çörəyinə mane olsam, bu onun karyerasının sonu olar. Amma mən belə şey etmərəm. Dostum olduğunu bilə-bilə, bəzi məsələlərdə adımın çəkilməsi məni üzür. Mənim təşkil etdiyim toylar və tədbirlər fərqlidir, bunu sən də bilirsən."


Tarix Əliyev, həmçinin keçmişdə Natəvan Həbibi ilə olan problemin məhkəmə yolu ilə həll edilməsinə və barışıq əldə olunmasına da diqqət çəkib:

"25 min manat təzminat istənmişdi, amma sonradan barışdıq. O məsələ artıq həll olunub. İndi heç kimdən üzr istəmək fikrim yoxdur."


Sonda Tarix Əliyev, Sərxana dostluq mesajı göndərərək onu anlayışlı olmağa çağırıb:

"Sərxan, əgər mənimlə bağlı hər hansı məsələdə inciklik varsa, mən üzr istəyirəm. Amma sən də unutma ki, mən sənə hər zaman dəstək olmuşam."


Seçilən
8
news365.az

1Mənbələr