AZ

“Everton” klub sahibinin dəyişməsi ilə bağlı bəyanat yaydı

İngiltərə Premyer Liqasında çıxış edən Liverpul təmsilçisi “Everton” klub sahibinin dəyişməsi haqda bəyanat yayıb.

Arena.az bu barədə İngiltərə klubunun rəsmi saytına istinadən məlumat verir.

Mersisayd klubu sahibini dəyişmək üçün sövdələşmənin tamamlandığını elan edib. Klubun nəzarət paketini “The Friedkin Group”un bir hissəsi olan “Roundhouse” alıb.

Müqavilə artıq tənzimləyici orqanlar, xüsusən də İngiltərə Premyer Liqası (EFL) və İngiltərə Futbol Assosiasiyası (The FA) tərəfindən təsdiqlənib.

Mark Uotts “Everton”un yeni icraçı direktoru olaraq, vəzifəsinə təyinat alıb.

Sözügedən komanda hazırda İngiltərə Premyer Liqasının yarış cədvəlində 15 oyundan 15 xalla 16-cı yerdə qərarlaşıb. “Qənnadçılar”ı “uçurum” bölgəsinə yuvarlanmaqdan cəmi üç xal ayırır.

“Everton” növbəti oyununu dekabrın 22-də doğma “Qudison Park”da “Çelsi”yə qarşı keçirəcək.

Seçilən
8
arena.az

1Mənbələr