Bakı. Trend:
Dekabrın 17-də İsveçrə Parlamentinin Aşağı Palatası “DağlıqQarabağ: Sülh forumu” adlı qətnaməni qəbul edib. Dağlıq Qarabağreallıqlarının təhrif olunduğu qətnamə mətni ölkə ictimaiyyətiiçində ciddi narazılığa səbəb olub. Məsələyə biganə qalmayanBeynəlxalq Avrasiya Mətbuat Fondu qətnaməyə dair rəsmi bəyanatverib.
Trend bəyanatıtəqdim edir:
"Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF), sülhün təşviqinəyönəlmiş beynəlxalq təşkilat olaraq, 17 dekabr 2024-cü il tarixindəİsveçrə Parlamentinin Aşağı Palatasında müzakirəyə çıxarılantəkliflə bağlı ciddi narahatlığını ifadə edir. Sözügedən qətnamədə“Dağlıq Qarabağ münaqişəsi” mövzusu ətrafında beynəlxalq sülhforumunun təşkili və bölgədən könüllü şəkildə ayrılmış ermənisakinlərin geri qaytarılması üçün şəraitin yaradılmağı nəzərdətutulur. Bu, həm hüquqi, həm də siyasi baxımdan dərin təhlil vəhərtərəfli araşdırma tələb edən mürəkkəb məsələlərə yol açır.
Bu yanaşma, təəssüf ki, sülhün təşviqinə xidmət etmir, əksinə,gərginliyi artırmaq riskini yaradır. Qətnamə barışıq və qarşılıqlıanlaşmaya yönəlmiş səyləri zəiflədən birtərəfli mövqeni əksetdirir.
2023-cü ildə münaqişənin həlli ilə Azərbaycanın ərazi bütövlüyütam bərpa edilmiş və Qarabağ regionu işğaldan azad olunmuşdur. Bunəticə Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq qurumlarda daxil olmaqla beynəlxalq ictimaiyyət tərəfindən tanınmışdır.
Yanlış narrativlər əsasında forumların təşkilinə dair irəlisürülən təkliflər Cənubi Qafqazda uzun illərin zəhməti , həttafədakarlığı nəticəsində əldə edilmiş davamlı sülh və sabitliyəciddi təhlükə yaradır. Bu məsələlərin Azərbaycanın suverenliyinəhörmətlə və beynəlxalq hüquq prinsiplərinə uyğun şəkildə həlledilməsi zəruridir.
Biz müşahidə edirik ki, bəzi dairələrdə regionun reallıqları iləbağlı narahatlıq doğuran məlumat çatışmazlığı mövcuddur. Müəlliflərişğal altında olduğu dövrdə Qarabağın xarabalığa çevrildiyi faktınıgözardı edir. Son 30 il ərzində bir milyondan artıq azərbaycanlıqaçqın və məcburi köçkünün ağır çətinliklərə məruz qalması iləbağlı problemlər barədə çoxları məlumatsızdır. Xocalı, Qaradağlı,Ağdaban kimi foto, video faktları olan ermənilər tərəfindəntörədilmiş çoxsaylı qətliamlar və soyqırımlar diqqətdən kənardaqalmışdır. Bunun əvəzinə, 1915-ci il hadisələri kimi yalan olduğutarixi faktlarla üzə çıxarılan hadisələr naməlum səbəblərdən diqqətmərkəzində qalmağa davam edir. Belə laqeydlik saysız-hesabsızqurbanların haqq səsini susdurur və regionun tarixi haqqındatəsəvvürləri təhrif edir. Bu faktorlar səmimi və əhatəli barışıqsəylərinin təcili ehtiyacını bir daha vurğulayır.
Belə təkliflər və bəyanatlar mövcud məsələlərin həllinə,münasibətlərin yaxşılaşdırılmasına və gərginliyin azaldılmasınanəinki xidmət etmir, hətta onları böyüdür və dərinləşdirir. Üçonillik ərzində Azərbaycan ədalət və sülh uğrunda mübarizə aparmış,bu məqsədlərə çatmaq üçün böyük fədakarlıqlar göstərmişdir.
Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) sülh quruculuğutəşəbbüslərinin irəliləməsinə, millətlər və cəmiyyətlər arasındakonstruktiv dialoqun təşviqinə olan dəyişməz bağlılığını bir dahavurğulayır. Biz İsveçrəni neytrallıq və vasitəçilik ənənəsi ilətanınan ölkə kimi bölgədəki gərginliyi artırmaq və ya yanlışanlamaları davam etdirmək əvəzinə, davamlı sülhə məqsədyönlüşəkildə töhfə verməsini təmin etməyə çağırırıq".