AZ

Bu vəziyyətdə kimsə Ermənistanı xilas edə bilməyəcək - Açıqlama

Ermənistan tərəfi dünyada, Yaxın Şərqdə, Ukraynada və bölgəmizdə baş verən proseslərdən düzgün nəticə çıxarıb üzləşdikləri böhranlı vəziyyətdən xilas olmaq əvəzinə havadarlarının təhriki ilə özlərini daha da çətin duruma salmaqdadırlar.

Bunu Ölkə.Az-a açıqlamasında deputat İlham Məmmədov deyib.

Deputat bildirib ki, Ermənistan dünənədək başqa güclərin əlində Cənubi Qafqazda gərginlik yaratmaq üçün alət rolunu oynayırdısa, bu gün isə Qərbin əlində bu rolunu davam etdirməkdədir. "Qərbdəki bəzi dairələrin, xüsusən də Fransa və erməni lobbisinin təsiri ilə Avropadakı bəzi ölkələrin əli ilə bölgədə gərginliyi davam etdiməyə təhrik edilirlər. Bunun üçün Fransa, Hindistan, ABŞ kimi ölkələr Ermənistanı silahlandırır, digər ölkələr, məsələn,İsveç, Niderland kimi ölkələr isə guya ermənilərin hüquqlarını qorumaq adı altında parlamentlər səviyyəsində Azərbaycan üçün kağız parçası oaln şirnikləndirici "sənədlər" qəbul edirlər. Amma unudurlar ki, bütün bu cəhdlərin nəticəsi olmayacaq. Nəticə etibarilə uduzan tərəf yenə də Ermənistan və erməni xalqı olacaq", - o qeyd edib.

Deputat onu da əlavə edib ki, Ermənistanın havadarlarının  bölgədə gərginlik yaratmaq cəhdi uğursuzluğa düçar olacaq: "Onlar Ermənistanın 30 illik işğal siyasəti dövründə buna nail ola bilmədilərsə, bundan sonra Azərbaycan Prezidenti cənab İlham Əliyevin yürütdüyü uzaqgörən uğurlu siyasəti və diplomatiyası nəticəsində Cənubi Qafqazda sülhü, sabitliyi pozan siyasətləri   iflasa uğrayacaq. Uduzan tərəf  yenə də Ermənistan və havadarları olacaq. Azərbaycan bir daha Ermənistanın revanşizminə imkan verməyəcək və onun yerindəcə məhv edəcək.
Ermənistan və onların havadarlarına tövsiyyəm  ondan ibarətdir ki, nə qədər gec deyil, Ermənistan dövlətçiliyi məhvolma təhlükəsiz ilə üzləşməyib cənab Prezident İlham Əliyevin irəli sürdüyü şərtlər daxilində Azərbaycanla sülh sazişi imzalansın. Yox, əgər havadarları Ermənistanı bölgədə gərginliyi yaratmağa təhrik etmək niyyətindən geri durmayacaqlarsa,  o zaman erməniləri gözləyən növbəti acınacaqlı durumdan kimsə xilas edə bilməyəcək. Nəhayətində ermənilər də anlamalıdır ki, üzləşdikləri çətin vəziyyətdə indiyədək olduğu kimi, bundan sonra da kimsə onlara yardıma gələ bilməycək. Ən azından yaxın ətrafda baş verən son hadisələrdən nəticə çıxarsalar yaxşı olar. Bilməlidirlər ki, baş verən proseslər heç də onların xeyrinə deyil.

Ən yaxşı variant Bakının şərti əsasında sülh sazişi imzalamaqdır. Cənab Prezident də bəyan edib ki, sülh sazişində nəzərdə tutulan 17 müddəadan artıq 15-də razılıq əldə edilib. Yerdə qalan iki məsələdə - Azərbaycana qarşı ərazi iddiası nəzərdə tutulan Konstitusiyada dəyişiklik edilməsi və bir də ATƏT Minsk qrupunun ləğv olunmasında razılıq əldə olarsa, sülhün imzalanmasında heş bir problem olmayacaq. Əks təqdirdə Ermənistanı çox ağır mərhələ gözləyir".

Mürtəza
Ölkə.Az

Seçilən
8
2
olke.az

3Mənbələr