Sülh müqaviləsinin razılaşdırılmamış iki maddəsi ilə bağlı cavab verilməyib.
"Operativ Media" xəbər verir ki, bu barədə Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan “Armenpress”in suallarını cavablandırarkən bildirib.
"Sülh müqaviləsinin razılaşdırılmamış iki maddəsi ilə bağlı təkliflər bir aydan çoxdur ki, Azərbaycana göndərilib və hələ onlara cavab verilməyib", - deyə Paşinyan qeyd edib.
Paşinyan ATƏT-in Minsk Qrupunun ləğvi məsələsinə də toxunub.
"Biz Azərbaycanın bu mövqeyini başa düşürük, əgər münaqişə yoxdursa, onda münaqişənin həlli ilə bağlı formatın olmasının nə mənası var?", - deyə o əlavə edib.