“Avropa Parlamenti bu gün qəbul etdiyi qətnamə ilə bir daha Azərbaycana qarşı bitib-tükənməyən nifrətini nümayiş etdirdi”.
“Qafqazinfo” xəbər verir ki, bu fikirlər Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda yer alıb.
“Bu həmin Avropa Parlamentidir ki, 1988-ci ildə biz Qərbi azərbaycanlılar Ermənistan tərəfindən öz dədə-baba yurdlarımızdan deportasiya edilərkən nəinki bunu pisləmədi, əksinə keçmiş “Dağlıq Qarabağ Muxtar Vilayəti”nin Ermənistana birləşdirilməsinə çağırdı”, - bəyanatda bildirilir.
Qeyd olunub ki, bugünkü qətnamədə hərbi canilərə, Xocalı, Qaradağlı, Ağdaban qatillərinə simpatiya ifadə etməsi ilə Avropa Parlamenti zaman dəyişsə də, xislətinin dəyişmədiyini göstərmiş oldu.