AZ

“Dostdan inciyərsən də, yaddan niyə inciyəsən ki?” - Fərda ilə bağlı suala belə cavab verdi-ÖZƏL

“Allah nəsib edib ki, Azərbaycanda uzunömürlü və reytinq verən seriallar bizim istehsal etdiyimiz ekran işləri olub. Bu serialların baş prodüsseri mən olmuşam. “Qız atası” serialının 11 il davam etməsinin səbəbi də elə tamaşaçı istəyidir. İstənilməyən nələrisə davam etdirə bilmərik. 10-dan çox serial çəkmişik. Yeni bir serial üzərində işləyirik. Ola bilsin ki, yeni mövsümdən ekranlarda olsun”
 
Bunu Moderator.az-a açıqlamasında tanınmış aktyor Elməddin Cəfərov deyib. O daha sonra yeni nəsil aktyorlarla bağlı suala cavab verib:
 
“Yeni nəsil aktyorların içində özündən razılıq edənlər də, göylə getmək istəyənlər də olub. Belə adamlarla qarşılaşmışam. Elələri olub ki, nəyisə tövsiyyə etmişəm. Eləsi də olub ki, heç nə deməmişəm, çünki onlar tövsiyyə ilə yol gedən adamlar olmayıblar. Nə qədər bu sahədə çox aktyor olsa bir o qədər də pis işlərdən uzaq olarlar. İkincisi də onların içindən ən yaxşıları seçilə bilər və bu sektor inkişaf edə bilər. Bu tərəfdən çox razıyam. Allahın izniylə bizim sahə çox inkişaf edəcək. Qazaxıstan, Özbəkistan və qonşu Gürcüstanda serial, kino sektoru çox yaxşı inkişaf edib” deyə aktyor bildirib.
 
Elməddin Cəfərov bildirib ki, bu illər ərzində haqqını itirənlər də olub.
 
“Təbii ki, haqqımı verənlər də olub, dananlar da. Bu normaldır. İnsanın həyatında bunlar qaçılmazdır. İlk başlayanda çox gənc idim, mənə bir az pis gəlirdi. Zamanla yaş öz sözünü deyir, dünyagörüş də vacibdir. Başa düşdüm ki, sənin haqqını dəyərləndirənlər haqdan anlayışı olanlardır. Haqdan anlayışı olmayanlar nə öz haqqlarını bilirlər, nə də sənin haqqına, zəhmətinə dəyər verirlər” deyə o bildirib.
 
Elməddin Cəfərov arzularından da danışıb:
 
“Özümü xalq artisti kimi təsəvvür edə bilmirəm. Çünki bunun üçün əvvəl əməkdar artist olmalıyam. Bu da hələ ki, yoxdur. Ümumiyyətlə həyatda hansısa bir hədəfim olmayıb. Allaha sığınıram, Allahdan başqa heç kimdən nəsə istəmirəm. İnsanın bütün arzularının həyata keçməsi onun özündən asılıdır. Çünki Allaha sığınmalısan, ondan istəməlisən və cəhd etməlisən” deyə aktyor bildirib.
 
“Elməddin bəy, Fərda bəylə, “Tək səbir”-dən olan dostlarınızla münasibətiniz necədir?” sualına aktyor belə cavab verib:
 
“ “Tək səbir”-də olan dostlarımla münasibətlərim normaldır. Çox sıx dostluq da etmirəm. İnciklik qaçılmazdır. Dostdan inciyərsən də, yaddan niyə inciyəsən ki? İncikliyim də olur, yaxınlıq etdiyim də. Hazırda Müşfiq Şahverdiyevlə birlikdə “Qaraqura işlər” də birlikdə çəkilirik. Çox razıyam. Allah ondan razı olsun. Ümid edirəm ki, bu işimiz davamlı olar” deyə aktyor bildirib.
Seçilən
31
moderator.az

1Mənbələr