AZ

Paşinyan: Demarkasiyadan sonra Ermənistan-Azərbaycan sərhədində üçüncü qüvvələrin olmasına ehtiyac qalmayacaq

Sərhədin tam demarkasiyasından sonra Ermənistan-Azərbaycan sərhədinin hər hansı hissəsində üçüncü qüvvələrin olmasına ehtiyac qalmayacaq.

Xezerxeber.az xəbər verir ki, bunu "ArmenPress"ə müsahibəsində Ermənistanın Baş naziri Nikol Paşinyan söyləyib.

"Ermənistan-Azərbaycan sərhədinin delimitasiya olunmuş hissəsində üçüncü ölkələrin qüvvələrinin yerləşdirilməsini istisna edən müddəanın təşviqini təklif edirik. Çünki delimitasiya hesabına bu ərazilərdə eskalasiya riski əhəmiyyətli dərəcədə azalır", - hökümət başçısı vurğulayıb.

Paşinyan sülh müqaviləsi imzalandıqdan sonra beynəlxalq məhkəmələrdə qaldırılmış qarşılıqlı iddiaların geri götürülməsini məntiqli addım adlandırıb.

"Bu ideya iki nüans daxilində bizim üçün məqbuldur. Onlardan biri beynəlxalq plarformalarda müzakirə olunan humanitar məsələlərin həlli üçün aydın perspektivlərin mövcudluğudur. İkinci məsələ isə ondan ibarətdir ki, mübahisəli məsələlər beynəlxalq plarformalardan çıxarıldıqdan sonra gərək tərəflər onları ikitərəfli formatda qaldırıb həm gündəmi gərginləşdirməsinlər, həm də onları davamlı eskalasiya mənbəyinə çevirməsinlər".

Paşinyan regionda nəqliyyat kommunikasiyalarının açılması məsələsinə də münasibət bildirib.

O deyib ki, Ermənistan Azərbaycana ötən əsrin 90-cı illərinin əvvəllərində Qarabağda münaqişə başlayandan sonra dayandırılmış dəmir yolu əlaqəsini bərpa etmək təklifi göndərib.

“Qiymətləndirməmizə görə, dəmir yolu bağlantısının necə bərpa olunacağına dair həm Ermənistan, həm də Azərbaycan üçün tamamilə məqbul olacaq bir həll tapdıq. Biz bu qərarın təklifini yazılı şəkildə Azərbaycana göndərdik və müsbət reaksiya gözləyirik. Bu cavab alındıqda, müqaviləni tez bir zamanda imzalamaq və dəmir yolunun tikintisinə başlamaq lazımdır”, - Paşinyan vurğulayıb.

O, Ermənistan-Azərbaycan Delimitasiya komissiyalarının tezliklə bir araya gələ biləcəyini də sözlərinə əlavə edib.

phrase_var_article.chosen
12
4
xezerxeber.az

6phrase_var_article.sources