AZ

İrandan Türkiyə limanlarına 200 min tondan çox yük daşınıb

2024-cü ilin yanvar-noyabr aylarında İrandan Türkiyə limanlarına 262 min 186 ton yük daşınıb.

Fins.az xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Bu müddət ərzində Türkiyə bayrağı altında üzən gəmilər İrandan Türkiyə limanlarına 144 min 728 ton yük daşımışdır. Eyni dövr ərzində digər ölkələrin bayrağı altında üzən gəmilərlə isə 114 min 536 ton yük daşınıb.

İran bayrağı altında üzən gəmilərlə isə 2 min 992 ton yük daşınıb. Lakin qeyd edək ki, 2024-cü ilin yanvar-noyabr aylarında İrandan Türkiyəyə tranzit yük daşınmayıb.

2024-cü ilin noyabr ayında Türkiyə limanları ümumilikdə 32 milyon 470 min 94 ton yük qəbul edib. Bu dövr ərzində Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 436 min 123 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gələn gəmilərlə isə 30 milyon 33 min 971 ton yük daşınıb.

Bundan əlavə, noyabr ayında Türkiyə limanlarından 5 milyon 956 min 963 ton transit yük daşınıb.

2024-cü ilin yanvar-noyabr aylarında Türkiyə limanları ümumilikdə 363 milyon 841 min 53 ton yük qəbul edib. Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 27 milyon 488 min 32 ton, digər ölkələrin bayraqları altında isə 336 milyon 353 min 21 ton olub. Bu dövr ərzində Türkiyə limanlarından 63 milyon 524 min 718 ton transit yük daşınıb.

Bundan əlavə, 2024-cü ilin yanvar-noyabr aylarında Türkiyə limanları 56 min 86 gəmi qəbul edib. Bu müddət ərzində 36 min 550 gəmi digər ölkələrin bayraqları altında, 19 min 536 gəmi isə Türkiyə bayrağı altında olub.

Fuad Mədətov
Fins.az

Seçilən
3
49
fins.az

10Mənbələr