AZ

ABŞ Colaniyə sanksiyaları ləğv edəcək

ABŞ Suriyada hakimiyyətə gələn “Heyət Təhrir əş-Şam” (HTŞ) silahlı qruplaşması və onun lideri Əbu Məhəmməd Colaniyə qarşı sanksiyaları ləğv etməyi nəzərdən keçirir.

Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken deyib.

“Biz bütün sanksiyaları nəzərdən keçiririk. Təkcə özümüzünküləri yox. BMT də HTŞ və onun liderinə qarşı sanksiyalar tətbiq edib. Düşünürəm ki, biz Dəməşqdə inklüziv dünyəvi hökumət qurmaq üzrə konkret addımlar görməliyik, çünki bu keçid dövrü son nəticədə seçkilərlə yekunlaşacaq”, - deyə o bildirib.

phrase_var_article.chosen
8
7
axar.az

10phrase_var_article.sources