AZ

Qurban Qurbanov Türkiyə klublarını təklifini qəbul etməyib

"Qarabağ"ın direktoru Emrah Çelikel Türkiyənin "Bein Sports" televiziyasına müsahibə verib.

Sportal.az xəbər verir ki, klub rəsmisi Qurban Qurbanova Türkiyə və Avropa klublarından təklif gəldiyini, lakin baş məşqçinin Ağdam təmsilçisindən ayrılmaq istəmədiyini bildirib:

"Türkiyə klubları baş məşqçimizlə görüşmək istəyiblər. Amma Qurban Qurbanov klubdan ayrılmaq istəməyib. "Qarabağ"ın mənəvi yeri var. Qurban Qurbanov vətəninə, bayrağına çox bağlı olan insandır. 2008-ci ildən baş məşqçimizlə birlikdəyik və ayrılıq əsla müzakirə mövzusu olmayıb. Biz də sonradan eşitmişik ki, Avropa klubları onunla görüşmək istəyib. Lakin Qurban Qurbanov onlara konkret cavab verib".

saytlarin hazirlanmasi

Seçilən
11
2
sportal.az

3Mənbələr