AZ

"Bizim şərtlərlə atəşkəs Ukrayna üçün faydalı olacaq" - Blinken

"Ukraynada atəşkəs yalnız Vaşinqtonun şərtləri ilə faydalı olacaq".

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinken deyib.

Nyu-Yorkda Xarici Əlaqələr Şurasında çıxış edən Blinken bildirib ki, atəşkəs ABŞ və Ukraynanın fundamental tələblərinə hörmətlə yanaşılmaqla əldə olunarsa, bu mərhələdə atəşkəs yaxşı bir inkişaf olacaq.

Blinken iddia edir ki, hazırkı prezident Co Bayden ABŞ-ın Rusiyanın dərinliklərinə silah zərbələri endirmək qərarına baxmayaraq, Vaşinqton Moskva ilə münaqişəyə can atmır.


Müəllif: Arzu
Seçilən
18
2
teleqraf.com

3Mənbələr