ABŞ Dövlət katibi Antoni Blinken, Qəzza ilə bağlı canlı yayında verdiyi açıqlamada İsrailin Qəzzədə daimi işğalına qarşı olduqlarını bəyan edib.
Redaktor.az xəbər verir ki, Blinken, Amerikanın "MSNBC" kanalında Qəzzadaki vəziyyətə dair son durumu dəyərləndirib.
O, bölgədə atəşkəsə nail olmaq üçün Türkiyə daxil bütün tərəfdaşlarla danışıqlar apardıqlarını qeyd edib. Dövlət katibi, hazırda qərarın HƏMAS-dan gözlənildiyini və topun onların meydanında olduğunu bildirib.
Blinken həmçinin Qəzzada uzunmüddətli həll yolunun vacibliyini vurğulayıb və tərəflərin buna nail olmaq üçün addımlar atmalı olduqlarını əlavə edib.
Seymur BƏNNAYEV