AZ

Çad Fransa qoşunlarının ölkədən çıxarılmasını tələb edib

Çad hökuməti Fransa ilə bağlanmış hərbi əməkdaşlıq müqaviləsini ləğv edərək, Fransanın qoşunlarının 2025-ci ilin 31 yanvarına qədər ölkədən çıxarılmasını tələb edib.

"Operativ Media" xəbər verir ki, bu barədə məlumatı RFI radiosu, Paris və Ncamena (Çadın paytaxtı) mənbələrinə istinadən yayıb.

Fransa hökumətinə yaxın mənbələr bildirib ki, Paris bu tələbi cümə axşamı alıb. Bununla belə, qoşunların mart ayına qədər çıxarılması üçün təklif edilən vaxtın kifayət qədər olmadığını qeyd edərək, bu tələbi qəbul etməyib.

"Yeddi həftə ərzində min əsgəri və müxtəlif texnikanı çıxarmaq mümkün deyil", - deyə Fransanın hərbi mənbəsi qeyd edib. O, Çad hökumətinin sərt mövqedə olduğunu və bunun təzyiq vasitəsi kimi istifadə edildiyini bildirib.

Çaddan verilən məlumata görə, hökumət fransız qüvvələrinin fevralın sonuna qədər, yəni müqəddəs Ramazan ayından əvvəl ölkəni tərk etməsini istəyir. Danışıqların konstruktiv şəkildə davam etdiyi vurğulanıb.

Seçilən
36
operativmedia.az

1Mənbələr