AZ

Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

Azərbaycanın Xalq rəssamı, Bakı şəhərinin ilk baş rəssamı olmuş Tofiq Ağababayev 97 yaşında vəfat edib.

Bu barədə APA-ya “Xəzər” Muzey Mərkəzinin təsisçisi Siyavuş Əlizadə məlumat verib.

Mərhum rəssamla bu gün 14:00-da Təzə Pir məscidində vida mərasimi keçiriləcək.

Qeyd edək ki, Tofiq Ağababayev 1928-ci ildə Bakıda anadan olub. 2023-cü ildə “Şöhrət” ordeni ilə təltif edilib.

Seçilən
7
24
apa.az

10Mənbələr