Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
Ölkə.az-ın "Report"a istinadən xəbərinə görə, hadisə Pirallahı rayonunda qeydə alınıb.
Bakı şəhəri sakini, 1997-ci il təvəllüdlü Qocayev Fərhad Natiq oğlu “F-Marine” hotelin qarşısında “Mercedes” markalı avtomobilin idarəetməsini itirərək yolun kənarında olan reklam löhvəsinə dəyib.
Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Pirallahı rayon polis idarəsində cinayət işi başlanıb.