AZ

Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib (FOTO)

Bakı. Trend:

Azərbaycanda sitrus meyvələri istehsalı üzrə iri sığorta ödənişihəyata keçirilib.

Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, AqrarSığorta Fondu tərəfindən Lənkəranda aqrar sahədə fəaliyyət göstərən“Mriya” MMC-yə limon, naringi və portağal bağına dəyən zərər üzrə27 min manat ödəniş edilib.

Məlumata görə, şaxtavurma nəticəsində sözügedən təsərrüfatınmeyvə bağlarına ziyan dəyib. Nəticədə təsərrüfat zərərlə üzləşib,amma meyvə bağı sığortalı olduğuna görə, Aqrar Sığorta Fondu dəymişzərəri kompensasiya edib.

Xatırladaq ki, ümumilikdə 2023-2024-cü illər ərzindəLənkəran-Astara regionundakı fermerlərə bitkiçilik sığortası üzrə238 min manat sığorta ödənişi edilib. 2023-cü ildə bölgədə 61,5 minmanat ödəniş edildiyi halda, 2024-cü ildə bu rəqəm 3 dəfəyə yaxınartaraq 176 min manatdan çox olub.

Qeyd edək ki, aqrar sığortanın əhatə etdiyi məhsulların siyahısıgenişlənib. 2023-cü ildə bu regionda arpa, buğda və ərik məhsuluüzrə ödənişlər edildiyi halda, 2024-cü ildə arpa, buğda, çəltik,badam, ərik, kartof, noxud, limon, naringi və portağal məhsullarıüzrə də ödənişlər edilib.

Bölgə üzrə sığorta hadisələrinin əhatə etdiyi risklər dəgenişlənib. Belə ki, Lənkəran-Astara regionlarında ödənişlərəsasən, dolu, fırtına, qasırğa, normadan artıq qar yağması,sel-subasma, şaxtavurma, 3-cü şəxslərin hərəkəti və vəhşiheyvanların hücumu nəticəsində dəyən zərərlər üzrə edilib.

Lənkəran-Astara regionunda heyvandarlıq üzrə də aqrar sığortaödənişi həyata keçirilib. Son 2 ildə Lənkəran-Astara regionundaheyvandarlıq üzrə 11 720 manat ödəniş edilib. Bu ödənişlər Lənkəranvə Astara rayonlarında həyata keçirilib.

Azərbaycanda
Azərbaycanda
phrase_var_article.chosen
13
5
az.trend.az

7phrase_var_article.sources