Bakı. Trend:
ASCO-nun sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda inşa olunanRo-Pax tipli sərnişin, avtomobil və dəmiryolu vaqonları daşıyanbərə-gəminin baş mühərriklərinin quraşdırılması prosesi başaçatıb.
Trend xəbərverir ki, bundan başqa, gəminin gövdə hissəsi üzrə işlərin 80 faizitamamlanıb. Gəmi üzrə boru, elektrik, havalandırma və digərsahələrlə bağlı işlər layihə planına uyğun davam edir.
Qeyd edək ki, bu, ASCO-nun sifarişi ilə BGZ-də tikilən saycaüçüncü Ro-Pax tipli gəmidir. Bundan öncə inşa edilərək təhvilverilən eynitipli “Azərbaycan” və “Zərifə Əliyeva” gəmiləri hazırdaOrta Dəhliz üzrə yükdaşımaların həyata keçirilməsində uğurlaistismar olunur.