20 dekabr tarixində Təhsil Tələbə Krediti Fondunun 3 illik fəaliyyətinə həsr olunmuş tədbir keçirilir.
Bakıvaxtı.az xəbər verir ki, Media nümayəndələri üçün təşkil edilən tədbirdə 30-a yaxın mətbuat təmsilçisi iştirak edir.
Bildirilib ki, TTKF-nin elektron portalına bu günə kimi 58 mindən çox müraciət daxil olmuş, 46 minə yaxın TTK müqaviləsi rəsmiləşmişdir. Bu məqsədlə 41 milyon manata yaxın vəsait təhsil müəssisələrinin hesablarına köçürülmüşdür.
Həmçinin, Fondun qaynar xətti və sosial media hesablarına daxil olmuş müvafiq olaraq 45 və 90 mindən çox müraciətin operativ qaydada cavablandırıldığını, vətəndaş qəbuluna yazılmış 1000 nəfərə yaxın şəxsin müraciətlərinin araşdırılaraq müvafiq dəstək göstərildiyi qeyd olunmuşdur.
Nuriyyə Musayeva