İsrail aviasiyası Tulkarm terror şəbəkəsinin liderlərindən olan Tarek Duşu məhv edib.
Bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) xəbər verir.
Əməliyyat İordan çayının qərb sahilindəki Tulkarm şəhərində həyata keçirilib.
İsrail ordusunun məlumatına görə, son bir il ərzində Tarek Duş israillilərə qarşı terror aktları planlaşdırmaq və həyata keçirmək üçün İran və Livan yaraqlıları tərəfindən silahlanmış və maliyyələşdirilən çoxsaylı terrorçuları cəlb edib.
Duşun başçılıq etdiyi terror şəbəkəsi İDF əsgərlərinə çoxsaylı atəş hücumları, həmçinin Tulkarm şəhəri ərazisində Yəhudeya və Samariyanın təhlükəsizlik hasarının yaxınlığındakı nəzarət-buraxılış məntəqələrinə hücumlar həyata keçirib. Bundan əlavə, terror şəbəkəsi İsraildə terror aktları planlaşdırırdı.
Hava hücumu zamanı İsrail aviasiyası Tulkarm terror şəbəkəsinin mühüm hərbi əməliyyatçısı Dossam Avfi və daha iki terrorçunu məhv edib.
Oxuməni.az