AZ

İki yaşlı Məhəmmədin dəstəyə ehtiyacı var: Ölkəyə qayıda bilmirlər

İki yaşlı Məhəmmədin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.

Bu barədə hakimiyyet.az-a onun anası Lalə Əliyeva məlumat verib.

O bildirib ki, övladı hidrosefaliya xəstəliyindən əziyyət çəkir:

"Məhəmmədin iki yaşı var. O, anadangəlmə hidrosefaliya xəstəliyindən əziyyət çəkir. Bildiyimiz ilk gündən müalicələrini etdirsək də, bunun qarşısını almağı bacarmadıq. Onun vəziyyəti günü-gündən ağırlaşırdı. Biz məcbur Türkiyəyə gəlib, burada əməliyyat keçirdik. Hazırda Türkiyədəki xəstəxanaya borclarımız yığılıb".

Gənc ana ölkəyə qayıda bilmələri üçün dəstəyə ehtiyacları olduğunu deyib:

"Müalicə və əməliyyat üçün təxminən 15 min manata yaxın xərcimiz çıxıb. Yalnız yoldaşım işləyir. İki ildir müalicələrini edə bilirik. Amma əməliyyat və əməliyyatöncəsi müalicə üçün əlimizdə heç bir məbləğimiz yox idi. Buna görə də həmin məbləğin 10 min manatını borc alıb, digər beş min manatını isə anam və mən qızıllarımızı satıb toplaya bilmişik. Hazırda xəstəxanaya 4 000 manat borcumuz qalıb. Onu ödəmədən qayıda bilmirik. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirik".

Ailə ilə əlaqə: (077) 300-47-58.

Beynəlxalq Bank: 5522 0993 6744 0641.

Seçilən
41
1
hakimiyyet.az

10Mənbələr