AZ

Azərbaycanda ən çox şikayət olunan internet provayderlər açıqlanıb – Siyahı

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) “E-Şikayət” sisteminə daxil olan müraciətlərin sayı və onun icra müddətini özündə əks etdirən abunəçilərin internet xidmətlərindən istifadəsi üzrə şikayət indeksi və şikayətlərin ortalama cavablandırılma müddəti dərc edilib.

Bu barədə İKTA-dan bildirilib.

Təqdim edilən şikayət indeksi və şikayətlərin ortalama cavablandırılma müddəti 2024-cü ilin iyul-sentyabr ayları üzrə olmaqla, bazar payının 90%-ni təşkil edən şirkətlərə daxil olmuş müraciətlər əsasında formalaşıb.

17 şirkət üzrə dərc edilən siyahıda şikayət indeksi ən yüksək olan provayderlər “Enginet” MMC (6.78), “Selnet” MMC ( 3.4), “GSP” MMC (2.89), “Eurosel” MMC (2.27), “Az-Evro Tel MMC (2.07) olub.

Ən sərfəli kredit üçün müraciət et

phrase_var_article.chosen
16
27
banco.az

10phrase_var_article.sources