AZ

Bir gecədə künc zərbəsindən iki möhtəşəm qol

Ötən gecə futbol meydanlarında birbaşa künc zərbəsindən iki baxımlı qol vurulub.

Publika.az xəbər verir ki, bunlardan biri İngiltərə Liqa Kubokunun 1/4 final mərhələsinin "Tottenhem" - "Mançester Yunayted" matçında (4:3) qeydə alınıb "Mahmızlar"ın heyətində Son Hın-Min künc zərbəsindən gözəl zərbə ilə komandasının görüşdəki dördüncü qoluna imza atıb.

Digər baxımlı qol isə İtaliya kubokunun 1/8 final mərhələsində "İnter" - "Udineze" görüşünə (2:0) təsadüf edib. İlk hissənin əsas vaxtına əlavə edilmiş dəqiqələrdə “neradzurri”sinin yarımmüdafiəçisi Kristian Aslani künc zərbəsindən birbaşa zərbə ilə hədəfi vurub.

Seçilən
38
publika.az

1Mənbələr