AZ

30 yaşlı qapıçı dünyasını dəyişib

İngiltərənin “Barton Taun” klubunun qapıçısı Ceyms Hiçok faciəvi şəkildə həyatını itirib.

İdman.biz xəbər verir ki, qolkiperin ölümünə səbəb ona edilən hücum olub.

30 yaşlı qapıçı ötən həftəsonu York şəhərində gecə gəzintisi zamanı hücuma məruz qalıb. Bu zaman Ceyms başından ciddi zədə alıb və dünyasını dəyişib.

Hadisə ilə bağlı 22 yaşlı Makkensi Diçikko saxlanılıb. Ona qarşı qətl və quldurluq ittihamları irəli sürülüb. O, Yorkun Məhkəməsində mühakimə olunacaq.

Qeyd edək ki, “Barton Taun” İngiltərənin 9-cu divizionunda çıxış edən yarı peşəkar futboçulardan təşkil olunan komandadır.

İdman.biz

phrase_var_article.chosen
3
idman.biz

1phrase_var_article.sources