Bakı Dövlət Universiteti, “İslamşünaslıq” Elmi Tədqiqat Mərkəzinin elmi fəaliyyət proqramına müvafiq olaraq mərkəzin aparıcı elmi işçisi f.ü.f.d Yeganə Mirzəyeva “Cığır” mənəvi dəyərlərin inkişafına dəstək ictimai birliyinin himayəsində olan həssas qrup nümayəndələrindən hesab olunan tənha analarla il ərzində “Vətəndaş cəmiyyəti quruculuğunda qadının rolu və missiyası – mənəvi dəyərlərin inkişafı və ictimai şüurun formalaşmasında təşəbbüskarlıq çağırışları” adlı silsilə seminarlar həyata keçirmişdir. Silsilə seminarlar zamanı qadınların vətəndaş cəmiyyəti quruculuğunun mühüm sütunlarından biri olması, onların ailədən başlayaraq cəmiyyətdə mənəvi dəyərlərin qorunması və inkişaf etdirilməsində mühüm rolu mövzusunda təlim aparılmışdır. Qadınların ictimai fəallığı sosial ədalətin təmini, maarifləndirmə və ictimai şüurun formalaşması proseslərində əvəzolunmazdır. Onların idarəetmə, təhsil, mədəniyyət və xeyriyyəçilik sahələrində liderlik mövqeləri cəmiyyətin inkişafını sürətləndirir. Həm ailədə, həm də ictimai həyatda sosial məsuliyyət daşıyan qadınlar insan hüquqlarının müdafiəsi və sosial həmrəyliyin təşviqində mühüm rol oynayırlar. Qadının maarifləndirici, dəstəkləyici və təşkilatlandırıcı missiyası cəmiyyətin hərtərəfli tərəqqisinə xidmət edir. Bu səbəbdən qadınların gücləndirilməsi və onların cəmiyyət həyatında iştirakının artırılması davamlı inkişaf üçün əsas şərtlərdən biridir. Seminarların yekununda Yeganə Mirzəyevaya “Cığır” MDİD İB idarə heyəti tərəfindən əhəmiyyət kəsb edən mövzulara toxunaraq bu sahədə maarifləndirmə işləri apardığı üçün təşəkkürnamə təqdim olunmuşdur.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta