AZ

Ərdoğanın Suriyaya səfəri planlaşdırılır:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 15 gün ərzində Dəməşqə səfər edəcək.

 

Senzor.az bildirir ki, belə bir iddianı Türkiyə mediası Suriyadakı mənbələrə istinadən yayıb.

 

Bildirilib ki, səfər çərçivəsində Ərdoğanın “Heyət Təhrir əş-Şam” (HTŞ) qruplaşmasının lideri Əbu Məhəmməd Colani və Suriya türkmanları ilə görüşü gözlənilir.

 

Həmçinin, Türkiyə liderinə görə Həma, Xüms və İdlib xətti boyunca həm havadan, həm də qurudan fövqəladə mühafizə qalxanı yaradılacaq. Türkiyəyə məxsus radarlar işə salınaraq bütün hava hərəkətliliyi nəzarətə götürüləcək.

 

Türkiyə hakimiyyəti hələlik belə bir səfərin planlaşdırıldığını təsdiqləməyib.

Seçilən
20
7
senzor.az

7Mənbələr