Gürcüstanın Baş naziri İrakli Kobaxidze daxili işlər naziri Vaxtanq Qomelaurini özünə müavin təyin edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Sputnik Gürcüstan” yayıb.
Bildirilib ki, Kobaxidze artıq sözügedən təyinatla bağlı qərarı imzalayıb.
Bununla da, Gürcüstan hökumətində Baş nazirin müavinlərinin sayı üçə çatıb.
Xatırladaq ki, bir neçə gün əvvəl Britaniya və ABŞ tərəfindən gürcü məmurlara qarşı sanksiyalar tətbiq edilib. Onlar arasında V.Qomelauri də var.