AZ

Limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib

Lənkəranda limon, naringi və portağal bağına dəyən zərər üzrə 27 min manat sığorta ödənişi edilib.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, ümumilikdə 2023-2024-cü illər ərzində Lənkəran-Astara regionundakı fermerlərə bitkiçilik sığortası üzrə 238 min manat sığorta ödənişi edilib.

2023-cü ildə bölgədə 61,5 min manat ödəniş edildiyi halda, 2024-cü ildə bu rəqəm 3 dəfəyə yaxın artaraq 176 min manatı üstələyib.

Bununla yanaşı, Lənkəran-Astara regionunda heyvandarlıq üzrə son 2 ildə 11720 manat sığorta ödənişi həyata keçirilib.

phrase_var_article.chosen
8
2
vergiler.az

7phrase_var_article.sources