Təhsil eksperti Elçin Süleymanov Demokrat.az-a açıqlamasında deyib ki, psixometrik testlərin tətbiqini faydlı və maraqlı addım adlandırıb. O qeyd edib ki, dünyada psixometrik testllər, əsasən, şirkətlərdə yeni işçi qəbul edərkən, mövcud işçi heyətini qiymətləndirərkən və digər bənzər sahələrdə istifadə edilir:
“Bunun kifayət qədər müsbət nəticəsi olur. Burada şəxsin qabiliyyətləri, onun xarakteri, kollektivlə işləmə bacarığı, məntiqi təfəkkür və riyazi bacarıqları yoxlanılır. Düşünürəm ki, orta məktəblərdə psixometrik testlərin tətbiqi şagirdlərin ixtisas seçimində mühüm rol oynaya bilər. Məsələn, riyazi təfəkkürü, məntiqi bacarıqları zəif olan birinin dəqiq elmlərə istiqamətlənməsi və ya əksinə, bu bacarıqlara sahib birinin incəsənətə yönəlməsi onun gələcək iş həyatında müəyyən problemlərə yol aça bilər. Şagirdlər bu testdən keçərək öz bacarıqlarını, qabiliyyətlərini, müsbət keyfiyyətlərini, xarakterlərini ortaya çıxara bilərlər. Bu testlər vasitəsilə məktəbdəki neqativ halların da qarşısı alına bilər. Testlər hansısa şagirdlərlə psixoloji problemlərin olub-olmaması üzə çıxara bilər. Bu cür şagirdlərlə məktəb psixoloqları daha diqqətli işləyə bilərlər”.
Törə Zeynallı
Demokrat.az
1phrase_var_article.sources