Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri baş nazirin müavini təyin edilib.
Modern.az-ın məlumatına görə, bu barədə qərarı Gürcüstanın Baş naziri İrakli Kobaxidze verib.
Gürcüstan hökumətində Baş nazirin müavinlərinin sayı üçə çatıb.
Xatırladaq ki, bir neçə gün əvvəl Britaniya və ABŞ tərəfindən sanksiyalara məruz qalan məmurlar arasında V.Qomelauri də var.