AZ

“Şuşa Bəyannaməsi ilə əlaqələrimizin yeni mərhələyə qədəm qoydu” - Spiker

Yazını böyüt
Yazını kiçilt

“Azərbaycan ilə Türkiyə arasında qardaşlıq münasibətləri, xalqlarımızın birliyi və həmrəyliyi bizim üçün ən böyük dəyərdir. Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı özünü ən parlaq şəkildə təsdiq edir. Prezident İlham Əliyevin də dediyi kimi, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan başqa ölkələr yoxdur”.

Hafta.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında spiker Sahibə Qafarova Türkiyə səfəri barədə məlumat verərkən deyib.

“Milli Məclis sədrinin başçılığı ilə nümayəndə heyəti dekabrın 17-də və 18-də qardaş Türkiyə Respublikasında rəsmi səfərdə olub. Səfər çərçivəsində Türkiyə Prezidenti möhtərəm cənab Rəcəb Tayyib Ərdoğan ilə görüşüm oldu. Görüş səfərin rəsmi protokoluna uyğun olaraq, dəvət edildiyim Türkiyə Elmlər Akademiyasının və Türkiyə Elmi və Texnoloji Araşdırma Qurumunun 2024-cü il üçün Elm mükafatlarının təqdimat mərasimində oldu.  

Türkiyə Böyük Millət Məclisinin sədri hörmətli Numan Kurtulmuş ilə görüşümüzdə qardaş ölkələrimiz və parlamentlərimiz arasında yüksək səviyyəli əlaqələrə dair fikir mübadiləsi aparıldı. Müttəfiqliyin rəsmi ifadəsi və möhürü olan Şuşa Bəyannaməsi ilə əlaqələrimizin yeni mərhələyə qədəm qoyduğu vurğulandı”.

 S.Qafarova ölkələrimiz arasında qardaşlıq münasibətlərinin daha da genişləndirilməsinə parlamentlərin verdiyi töhfələrin yüksək qiymətləndirildiyini deyib. Eyni zamanda Parlamentlərimizin həm ikitərəfli, həm də Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-Pakistan kimi üçtərəfli formatlarda əməkdaşlıq etdiyi, o cümlədən  beynəlxalq parlament təşkilatlarında birgə fəaliyyət göstərdikləri diqqətə çatdırıldığını vurğuladı.

“Əməkdaşlığımızın mühüm istiqamətlərindən biri də Türk Dövlətlərinin Parlament Assambleyası çərçivəsində digər türk dövlətlərinin parlamentləri ilə birgə fəaliyyətimizdir. Parlamentlərimiz Türk dünyasının daha sıx birləşməsi məsələsində üzərinə düşən vəzifələri yerinə yetirməyə çalışırlar”.

S.Qafarova səfər çərçivəsində nümayəndə heyətinin Heydər Əliyev parkını ziyarət etməsini xüsusilə qeyd edib.

Seçilən
27
1
hafta.az

4Mənbələr