AZ

"Sülh müqaviləsinin bağlanmasına mane olan qüvvələr var"..?

 Ukrayna Ali Radasının deputatı Artyom Dmitruk özünün Telegram-kanalında bəyan edib ki, Ukrayna prezidenti Bolodimir Zelenski və onun Ofis rəhbəri Andrey Yermak münaqişəsinin bitməsinə mane olurlar.

 Deputatın sözlərinə görə, hazırda hökumətin dövləti saxlamaq və sülh bağlamaq üçün şansı var. Lakin Zelenski və Yermak əllərindən gələni edirlər ki, sülh təşəbbüsləri baş tutmasın. Dmitruk əlavə edib ki, prezident və onun ofis rəhbəri ən ağır dərəcədə cəzalandırılmalıdır.

 Bəli Rusiya-Ukrayna müharibəsi uzandıqca, bir əli Moskvanın ətəyində olan kreml sevdalı qüvvələrin belə sərsəm bəyənatlarını tez-tez eşitməli olacağıq. 

  "Sülh bağlamaq şansı yaranıb" deməklə bu deputat anlayırmı ki, hazırda şans yox, sadəcə kütləvi informasiya vasitələrindən istifadə etməklə imitasiya yaradılır. Çünki, ABŞ-ın yeni prezidenti Donald Tramp da başda olmaqla, sülh danışıqları təklif edən tərəflərin irəli sürdükləri sülh planları heç bir halda münaqişə tərəflərini qane etmir və qane edə də bilməz. ..

  Rüstəm Hacıyev

Seçilən
8
adalet.az

1Mənbələr