AZ

Məşhur serialın ulduzları yenidən bir arada – FOTO

Türkiyənin bir dönəmə damğa vuran seriallarından olan “Bir Kadın, Bir Erkek” layihəsinin baş rol oyunçuları Demet Evgar və Emre Karayel illər sonra yenidən birlikdə çəkiləcəklər.

“Cebheinfo.az” xəbər verir ki, Emre Karayel “Bahar” serialının heyətinə daxil olub.

O, “Tolga” obrazına həyat verəcək. Lakin ekran işində Karayelin partnyoru Evgar olmayacaq. Məşhur aktyorun oynayacağı “Tolga” rolu ilə “Çağla” obrazı arasında münasibət yaranacaq. 

Qeyd edək ki, Demet Evgar və Emre Karayelin illər sonra eyni serialda çəkilməsi sosial şəbəkələrdə böyük marağa səbəb olub. Onların birlikdə çəkdirdikləri fotoları isə onminlərlə izləyici tərəfindən bəyənilib, paylaşılıb.

phrase_var_article.chosen
4
cebheinfo.az

1phrase_var_article.sources