AZ

Bəhruz Əzimov: İndiyədək 45 min 426 nəfər təhsil tələbə kreditindən faydalanıb

Bakı, 20 dekabr, AZƏRTAC

Təhsil Tələbə Krediti Fondu (TTKF) fəaliyyətə başladığı gündən 45 min 426 tələbə kreditdən faydalanıb.

AZƏRTAC xəbər verir ki, bunu TTKF-nin sədri vəzifəsini müvəqqəti icra edən Bəhruz Əzimov Təhsil Tələbə Krediti Fondunun 3 illik fəaliyyətinə dair keçirilən brifinqdə deyib. O bildirib ki, təhsil krediti alanların 31 min 805-i bakalavriat, 11 min 165-i magistratura, 2297-si orta ixtisas, 159-u texniki peşə tələbələridir.

Bəhruz Əzimov qeyd edib ki, təhsil kreditlərindən faydalan tələbələrin 39 faizi kişi, 61 faiz qadın olub.

 

Seçilən
33
1
azertag.az

2Mənbələr