AZ

Mərkəzi Bank “Risk əsaslı nəzarət üzrə Siyasət Konsepsiyası”nı təsdiq edib

Bakı. Trend:

Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) "2024-2026-cıillərdə Maliyyə sektorunun inkişaf Strategiyası" çərçivəsindəmüəyyən edilmiş hədəflərinə uyğun olaraq təşəbbüslərini uğurladavam etdirir. Dünya Bankı ilə birgə həyata keçirilən “Maliyyəsektorunun modernizasiyası layihəsi” çərçivəsində Mərkəzi Bank“Risk əsaslı nəzarətin tətbiqi üzrə yeni Siyasət Konsepsiyası”nı(Konsepsiya) təsdiq edib.

Trend AMB-yə istinadən xəbərverir ki, bu Konsepsiya maliyyə sektorunda mütərəqqi beynəlxalqtəcrübəyə uyğun effektiv nəzarət sisteminin qurulmasına və nəticədəmaliyyə sektorunda sistem riskinin minimallaşdırılmasına xidmətedir.

Məlumata görə, bununla yanaşı, Konsepsiya sənədi yerli vəbeynəlxalq ictimaiyyətlə Mərkəzi Bankın yeni nəzarət yanaşması iləbağlı kommunikasiyanı təmin edəcək.

Konsepsiyaya əsasən formalaşdırılmış ARAS (Azerbaijan RiskAssessment System - Azərbaycan Risklərin QiymətləndirilməsiSistemi) adlandırılan risk əsaslı nəzarət yanaşması özündə nəzarətsubyektlərinin fəaliyyətləri ilə bağlı risklərin erkənaşkarlanmasını, onların və risk idarəetməsi proseslərininqiymətləndirilməsini, habelə risklərə uyğun proporsional vəpreventiv nəzarət rejiminin tətbiqini ehtiva edir.

Sözügedən sənəd risk əsaslı nəzarət dövrünü konseptual şəkildəehtiva etməklə yanaşı, risk əsaslı nəzarətin təşkilati quruluşunu,o cümlədən Nəzarət Komitəsinin, habelə digər strukturlarınfunksiyalarını müəyyən edir. Nəzarət Komitəsi nəzarəttəlimatlarının təsdiqi, əsaslandırılmış mülahizəninformalaşdırılması, nəzarət təcrübələrinin nəzərdən keçirilməsi,illik nəzarət planları və nəzarət prioritetləri layihəsinin İdarəHeyətinə təqdim edilməsi kimi funksiyaları icra edəcək.

Konsepsiya eyni zamanda Mərkəzi Bankın "2024-2026-cı illərdəmaliyyə sektorunun inkişaf Strategiyası"nda müəyyən edilmişaşağıdakı hədəflərə nail olunmasına dəstək verəcək:

  • Banklara kapital və likvidlik tələblərinin “Bazel III”standartlarına uyğunlaşdırılması
  • Sığorta sektorunda “Solvency II” standartlarının tətbiqi
  • Kapital bazarında “IOSCO” prinsiplərinin implementasiyası
  • Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına qarşımübarizə və bazar davranışlarına nəzarətin təkmilləşməsi

Əlavə olaraq, bildirilib ki, Konsepsiyanın tətbiqi nəzarəttexnologiyaları (SupTech) və rezolyusiya çərçivəsinin təkmilləşməsiilə dəstəklənəcək

Konsepsiya sənədi ilə bu keçiddən istifadə etməklə tanış olabilərsiniz:

Azərbaycan Respublikası Mərkəzi Bankının risk əsaslı nəzarətüzrə Siyasət Konsepsiyası

Məqalədə:
Seçilən
8
15
az.trend.az

10Mənbələr