AZ

II Liqa klubuna texniki məğlubiyyət verildi

AFFA İntizam Komitəsinin iclası keçirilib.

"Operativ Media" xəbər verir ki, iclasda 2-ci Liqanın 13-cü turunun oyunları ilə aşağıdakı qərarlar qəbul olunub:

“Şimal” – “Hypers Guba” oyununun 84-cü dəqiqəsində “Şimal” komandasının 10 nömrəli futbolçusu Elmar Yəhyabəyov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, “Şimal” komandası 150 manat cərimə edilib.

“Dinamo” – “Ağdaş” oyununun 90+3-cü dəqiqəsində “Ağdaş” komandasının 5 nömrəli futbolçusu Vasif Nəsirov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Ağdaş” komandası 50 manat cərimə edilib.

“Dinamo” – “Ağdaş” oyununda “Dinamo” komandası matçın ilkin protokolunu elektron sistemdə gec təsdiq etdiyinə görə 100 manat cərimə edilib.

“Şəfa” – “Füzuli” oyununun 45-ci dəqiqəsində “Şəfa” komandasının 22 nömrəli futbolçusu Tural Nərimanov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Şəfa” komandası 50 manat cərimə edilib.

“Şəfa” – “Füzuli” oyununda “Füzuli” komandası matçın ilkin protokolunu elektron sistemdə gec təsdiq etdiyinə görə 100 manat cərimə edilib.

“Saatlı-Araz” – “Sheki City” oyununda “Saatlı-Araz” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Saatlı-Araz” komandası 70 manat cərimə edilib.

“Qusar” – “Şahdağ Qusar” oyunu “Qusar” komandasının matça gəlməməsi səbəbindən baş tutmadığına görə “Qusar” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib, “Qusar” komandası 300 manat cərimə edilib.

phrase_var_article.chosen
8
2
operativmedia.az

3phrase_var_article.sources