AZ

Kobaxidze Vaxtanq Qomelaurinin Baş nazirin müavini təyin edilməsini “müəyyən qərarlar”la əlaqələndirib

Gürcüstanın Baş naziri İrakli Kobaxidze daxili işlər naziri Vaxtanq Qomelaurinin Baş nazirin müavini təyin edilməsini “müəyyən qərarlar”la əlaqələndirib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, Qomelauri bu təyinatın əvvəllər də müzakirə olunduğunu, lakin bəzi qərarların bunu sürətləndirdiyini vurğulayıb.

“Vaxtanq Qomelaurinin Baş nazirin müavini təyin edilməsi məsələsi əvvəllər də fəal müzakirə olunurdu, lakin müəyyən qərarlar bizim qərarımızı sürətləndirdi. Mən cənab Vaxtanq Qomelauriyə Gürcüstanın Baş nazirinin müavini vəzifəsində uğurlar arzulayıram”, - deyə Kobaxidze bildirib.

Qeyd edək ki, ABŞ və Böyük Britaniya polisin etirazlara müdaxiləsi ilə əlaqədar daxili işlər naziri Vaxtanq Qomelauriyə sanksiya tətbiq edib. Sanksiyaya aktivlərin dondurulması və səyahət qadağası aiddir.

Seçilən
2
1
apa.az

2Mənbələr