AZ

Ruanda nümayəndə heyəti “Bakı KOB evi”nin fəaliyyəti ilə tanış olub

Azərbaycanda səfərdə olan Ruanda İnkişaf Şurasının Baş icraçı direktorunun müavini Culiana Muqanzanın rəhbərlik etdiyi nümayəndə heyəti “Bakı KOB evi”ndə olub.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) məlumatına görə, heyətə Agentliyin fəaliyyəti və strukturuna daxil olan KOB evləri barədə ətraflı məlumat verilib.

Diqqətə çatdırılıb ki, KOB evləri vahid məkanda sahibkarların dövlət xidmətlərinə əlçatanlığının təmin edilməsində mühüm rol oynayır. Burada dövlət qurumları ilə yanaşı, özəl sektor tərəfindən də biznesə xidmətlər təqdim edilir. Ölkənin 3 şəhərini əhatə edən KOB evlərinin sayının artırılması istiqamətində tədbirlər davam etdirilir.

Qeyd olunub ki, 2024-cü ildə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Dövlət Sektorunda İnnovasiyalar üzrə Tədqiqat Mərkəzi tərəfindən Azərbaycanın KOB evi modeli qabaqcıl innovativ təcrübə kimi qiymətləndirilib. KOBİA KOB evi modeli ilə bağlı təcrübəsini Ruanda ilə bölüşməyə hazırdır.

Ruanda nümayəndə heyəti tərəfindən “Bakı KOB evi”nin fəaliyyəti maraqla qarşılanıb.

phrase_var_article.chosen
11
vergiler.az

1phrase_var_article.sources